banner
banner

Dünya

Rusiyanın yeni Suriya planı...

Rusiyanın yeni Suriya planı...
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada böhranın həlli və atəşkəsə nail olmaq üçnü hazırlanan yeni planı Amerika Birləşmiş Ştatlarına (ABŞ) göndərdiklərini deyib. ANS PRESS-in məlumatına görə, Rusiya XİN rəhbəri yerli “Moskovskiy Komsomoles” qəzetinə müsahibəsində bu barədə açıqlama verib.  
Lavrov açıqlamasında, Suriya prezidenti Bəşər Əsədin tutduğu vəzifəni tərk etməsini nəzərdə tutmayan planı ABŞ rəhbərliyinə təqdim etdiklərini deyib: 
“Ətraflı bir açıqlama vermədən onu deyə bilərəm ki, ABŞ və müttəfiqlərinin Bəşər Əsəd gedəcəyi təqdirdə atəşkəsin müzakirə oluna biləcəyi barədə təkid etdiyi mövqeyin əksinə biz konkret plan hazırlayaraq rəsmi Vaşinqtona təqdim etmişik”. 
 
Rəsmi Vaşinqtonun bu planı nəzərdən keçirdiyini deyən Lavrov çox sadə təkliflər olan bu planın incələnməsinin çox davam etməyəcəyinə ümid etdiyini bildirib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.