banner
banner

Dünya

Neft bolluğu problem yaradacaq

Neft bolluğu problem yaradacaq

"Neft bolluğu ümumi vəziyyəti daha da pisləşdirəcək."

Cia.az anspress-ə istinadən xəbər verir ki, bu açıqlama Beynəlxalq Enerji Agentliyindən gəlib. Agentliyin hesablamalarına görə, cari ilin ilk rübünə qədər dünyanın neft ehtiyatları günə 2 milyon barelə qədər artacaq. 
Beynəlxalq Enerji Agentliyinin ekspertləri hesab edir ki, 2016-cı ilin ikinci yarısında qlobal neft bazarlarına 300 milyon barelə yaxın neft çıxarıla bilər. Hesabata görə bu rəqəmlər özünü doğruldarsa, artıq neftin içində “üzən” bazarda, qiymətlərin yenidən yüksək səviyyəyə qalxması müşkil ola bilər.

Agentliyin proqrnozlarına əsasən neftə olan tələb azalmağa davam edəcək. Bu il neftə olan tələbin günə 1.6 milyon bareldən 1.2 milyon barelə düşəcəyi gözlənilir. OPEK-in neft kartelinə üzv olmayan dövlətlərlə hasilatı azaltmaqla bağlı danışıqlar aparması faktı da, Agentliyin bədbin proqnozlarına təsir göstərə bilməyib. Qurum 2014-cü ilin 100 dollardan yüksək neft qiymətlərinin yaxın zamanda gözlənilmədiyini hesab edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.