banner
banner

Dünya

Türkiyəyə 10 milyon ayrıldı

Türkiyəyə 10 milyon ayrıldı

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti rəhbəri Federika Mogerini və Aİ-nin humanitar yardım və böhran vəziyyətdə idarəetmə məsələləri üzrə komissar Kristos Stylianides Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərində qaçqınlara baş çəkib, burada məskunlaşmış Suriyalı qaçqınlara növbəti yardımın ayrılacağını bildiriblər.

ANS PRESS-in xəbərinə görə, Avropa Komissiyasının saytında məlumat verilib ki, Suriyadan qaçıb Türkiyədə sığınacaq axtaranların sayı getdikcə artır. Ona görə də Avropa Komissiyası Türkiyə və Suriya daxilindəki qaçqınlara yardım məqsədi ilə əlavə 10 milyon avro ayıracaq.

F.Mogerini deyib ki, bu gün biz Suriya qaçqınlarına sığınacaq verən Suriya xalqına və Türkiyəyə köməyi artırırıq. Avropa Türkiyəni qətiyyətlə dəstəkləyir. Aİ bu regional böhran və humanitar strategiyanın siyasi həllində sonadək iddialıdır. Ən çətin məqamda Suriya xalqı ilə həmrəy olub göstərdiyi yardıma görə Türkiyə hökuməti və xalqına dərin minnətdarlığımı bildirirəm. Ölkədəki qaçqın əhaliyə yardım göstərməyə davam edəcəyik.

Ümumiyyətlə, Suriya böhranı başlandıqdan bəri Aİ Komissiyası Türkiyədəki qaçqınlara 187,5 milyon avro pul ayırıb. Başlanğıcda yardımın çox hissəsi düşərgələrdəki qaçqınlara ayrılıb.

Türkiyə üçün növbəti 40 milyon avroluq İPA (üzvlüköncəsi yardım) proqramı hazırlanır. Məqsəd xidmətlərdən istifadəni artırmaq, yerli icmaların özünə gəlməsi, qaçqınların inteqrasiyasını asanlaşdırmaqdır. Yardım Türkiyə hökumətində miqrasiyaya nəzarət üzrə birbaşa potensialın yaradılmasına yönələcək. Proqram orta müddətli 2016-2017-ci illərdə, qısa müddətli dövrdə 2015-ci ildə BMT-nin bəzi agentlikləri tərəfindən həyata keçiriləcək. BMT-nin inkişaf proqramı və Beynəlxalq Miqrasiya Təşkilatının köməyi ilə Aİ-nin sabitlik aləti (İcSP) 17 milyon avroluq yardımı oxşar məsələlərin həllinə yönəldiləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.