banner
banner

İdman

"Lokomotiv"dən çətin qələbə

"Lokomotiv"dən çətin qələbə

Bu gün Azərbaycanın voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu Çempionlar Liqasının "pley-off" mərhələsində ilk görüşünü keçirib.

Rəqib İsveçrənin "Volero" klubu olub.

Qarşılaşma bakılıların qələbəsi ilə yekunlaşıb - 3:2. Oyun ərzində "Lokomotiv" setlər nisbətində iki dəfə irəli çıxsa da, "Volero" bərabərliyə nail olub. Bu səbəbdən, görüşün taleyi "tay-breyk"də həll olunub. Bu zaman daha gərgin mübarizədə Karlo Parizinin komandası qələbəyə nail olub - 16:14.

Qeyd edək ki, cavab görüşü fevralın 25-də Sürixdə olacaq. "Volero" təkrar qarşılaşmada 3:0 və ya 3:1 hesabı ilə qalib gəlsə, mərhələ adlayacaq. 3:2 hesablı qələbə təqdirində isə mərhələnin taleyi "qızıl set"də həll olunacaq.

Çempionlar Liqası, 1/6 final

18:00. "Lokomotiv" (Azərbaycan) – "Volero" (İsveçrə) - 2:1 (25:21, 22:25, 25:23, 20:25, 16:14)
Hakimlər:
 Vuduris Konstantinos (Yunanıstan), Ralf Barnstorf (Almaniya)
Bakı. Voleybol Mərkəzi

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.