banner
banner

Dünya

4 min terrorçu axtarışa verildi

4 min terrorçu axtarışa verildi
Müstəqil Dövlətlər Birliyində terrorçu fəaliyyətinə görə 4262 nəfərin axtarışı elan edilib.
Bunu Rusiya Antiterror Mərkəzinin rəhbəri general-polkovnik Andrey Novikov MDB ölkələrinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin IX iclasında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, keçən ilin sonu və bu ilin əvvəlindən etibarən Rusiya ərazisində terrora qarşı əməliyyatlar keçirilir:
 
“Bu əməliyyatın konkret müddəti yoxdur. Biz çalışırıq ki, MDB hüquq mühafizə orqanları terror qruplaşmalarının maskanlanmış nümayəndələrini aşkar etsinlər. MDB ölkələri xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətində əsas istiqamətlərdən biri yatmış terrorçu hücrələrinin aşkarlanması olacaq”.
 
Qeyd edək ki, MDB ölkələrinin Milli Antiterror Mərkəzləri rəhbərlərinin IX iclası Moskvada keçirilir. İclas dünən start götürüb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.