banner
banner

Dünya

Keyt Midltonun əkizləri olacaq

Keyt Midltonun əkizləri olacaq

Üçüncü dəfə hamilə olduğu deyilən Kembric hersoginyası Keyt Midltondan yeni xəbər var. 
Şahzadə Uilyamın xanımının əkiz qız anası olacağı ortaya çıxıb. Kral ailəsinə yaxın mənbə xəbər verir ki, Keytin əkiz övlad gözləməsi Kensinqton sarayında narazılıqla qarşılanıb. Hətta Uilyam ona UZİ müayinəsinin nəticələrini göndərən K.Midltona “Sən zarafat edirsən? Biz indi daha bir uşağa sahib ola bilmərik” deyib.
Mənbənin bildirdiyinə görə, Keyt 12 həftəlik hamilədir. Keytlə Uilyamın Anmer-holl şəhərətrafı rezidensiyaya köçəcəkləri də deyilir. 

Xatırladaq ki, K.Midltonun hamilə olması xəbərləri ötən həftə Qərb KİV-ində yayılıb. Hersoginyanın bu hamiləliyi də çətin keçirdiyi, yüksək toksikozdan əziyyət çəkdiyi yazılıb. Bu səbəbdən onun hətta rəsmi tədbirlərdə iştirak etmədiyi də qeyd olunub. Keytin hamiləlik xəbərləri isə kral ailəsi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. 

Qeyd edək ki, Keytlə Uilyamın Corc və Şarlotta adlı iki uşağı var.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.