banner
banner

İdman

"Dnepr" növbəti mərhələdə

"Dnepr" növbəti mərhələdə

Bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu - VI turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, “Qarabağ”la bir qrupda mübarizə aparan komandalar da həlledici oyuna çıxıb.

“Dnepr” öz meydanında “Sent Etyen”i qəbul edib.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyuna “Qarabağ” sevərlərin də marağı böyük idi. Çünki qrupda keçirilən hər iki oyunda heç-heçə qeydə alınsa, komandamız ikinci pillədəki yerini qoruyacaq və “pley-off”a vəsiqəni təmin edəcəkdi. "Qarabağ"ın "İnter"dən xal almayacağı təqdirdə isə heç-heçə "Sent Etyen"in işinə yarayacaqdı. "Dnepr" isə yalnız qələbə sayəsində "pley-off"a yüksələ bilərdi.

Bu görüşdə "Dnepr" minimal hesabla qalib gəlib - 1:0. "Qarabağ" doğma meydanda "İnter"lə bərabərə qaldığı üçün "Dnepr" növbəti mərhələyə adını yazdırıb.

 11 dekabr

Avropa Liqası, qrup mərhələsi VI tur

21:00.“Dnepr” (Ukrayna) – “Sent Etyen” (Fransa) - 1:0



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.