UEFA “Tottenhem”i cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna səbəb Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Partizan”la görüşdə azarkeşlərin davranışı olub.
Sözügedən oyunda London klubunun fanatlarının meydana yad əşyalar atdıqları üçün “Tottenhem”ə baha başa gəlib. UEFA ingilislərə 15 min avro cərimə kəsib.
Qeyd edək ki, “Tottenhem” 1/16 finala vəsiqəni ötən turdan qazanıb. Bu gün İstanbulda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq "Beşiktaş"la qarşılaşma qrup liderliyi uğrunda olacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.