Günəbaxan tumları ən sevimli məhsullardan biridir. Onlar həmçinin çox faydalıdır.
Tumların tərkibində orqanizm üçün vacib olan bir çox maddələr var - vitaminlər, minerallar, aminturşuları, yağlı turşular, orqanik turşular, büzücü maddələr və s.
Yağlı turşularla zəngin olan tumlar ürək-damar sistemi üçün çox faydalıdır - qanda pis xolesterinin səviyyəsini aşağı salır, damarların elastikliyini artırır. Bildiyimizə görə, damarlarda xolesterinin yığılması aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz isə infarkt və insultun əsas səbəblərindən biridir.
Tumlar kalium v ə maqneziumla zəngindir. Bu iki mineral ürəyin normal fəaliyyəti üçün çox vacibdir.
Tumlarda olan digər faydalı minerallar: dəmir, sink, selen, marqans, xrom, mis, yod və s.
Tumların tərkibində olan D vitamini və sink mineralı dərinin, saçların və dırnaqların vəziyyətinə müsbət təsir edir, dərini təmizləyir.
Tumun tərkibində həmçinin A, E, B qrupu vitaminləri var.
A və E vitaminləri güclü antioksidantlardır, orqanizmdə qocalma prosesləri ləngidir.
Tumlar kişi sağlamlığı üçün çox faydalıdır, spermatogenez prosesinə müsbət təsir edir.
Tumlar sinir sisteminə də müsbət təsir edir, stress və depressiya ilə mübarizə etməyə kömək edir.
Həkimlər tumaları müalicəvi məhsul kimi qəbul etməyi tövsiyə edirlər.
Nəzərə almaq lazımdır ki, günəbaxan tumları çox kalorili məhsuldur. Bu səbəbdən onları çoxlu miqdarda yemək olmaz.
Gün ərzində 50 qr günəbaxan tumları yemək olar. Dükanlarda satılan hazır qızardılmış tumları almayın. Onlar orqanizmə fayda yox, ziyan vura bilər.
Çiy tumları alın, onları yaxşı yuyun və iti quru tavaya qoyub bir az qurudun. Tumları çox qızartmaq olmaz. Bu halda onların faydalı xüsusiyyətləri itir.
Tumları dişlərinizlə təmizləməyin, bu dişlərin emalı üçün çox ziyanlıdır.
Tumlardan belə faydalı qarışıq hazırlamaq olar. 50 qr təmizlənmiş günəbaxan tumları 2 xörək qaşığı duru balla yaxşı qarışdırın və gün ərzində 2 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.