PSJ-nin hücumçusu Zlatan İbrahimoviç ötən yay Türkiyənin "Fənərbaxça" klubundan təklif alıb.
Bu barədə "La Parisien"ə açıqlamasında isveçli forvardın meneceri Mino Rayola məlumat verib.
"Mövsümün əvvəlində İbrahimoviç Qətər, Çin, ABŞ və Türkiyədən təkliflər aldı. Onu istəyənlər arasında "Fənərbaxça" da var idi. Lakin İbrahimoviç PSJ-də qalmağa qərar verdi. Mövsümün sonu üçün onun hər hansı qərarı yoxdur. Hazırda bu barədə nəsə söyləmək çox çətindir".
Qeyd edək ki, mövsümün sonunda PSJ-dən ayrılacaq İbrahimoviçin karyerasını Çində davam etdirəcəyi iddia olunur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.