banner
banner

İdman

Çempionlar Liqasında yeni antirekord

Çempionlar Liqasında yeni antirekord

Çempionlar Liqası tarixində yeni antirekord müəyyənləşib.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Belarusun BATE klubu qrup mərhələsində ən çox qol buraxan komanda rekordunu yeniləyib.

Belarus təmsilçisi qrup mərhələsində keçirdiyi 6 oyunda qapısında 24 top görüb. Bu qollardan 12-ni "Şaxtyor" (Doentsk), 9-nu "Portu" və 3-nü isə "Atletik" (Bilbao) ilə klubları vurub.

BATE qrup mərhələsində 22-dən çox qol buraxan ilk komanda olub. Daha öncə "Dinamo" (Zaqreb, Xorvatiya) və "Nordşelland" (Danimarka) klubları qrup mərhələsində 22 qol buraxmışdı.

 

ÇL-in qrup mərhələsində ən çox qol buraxan komandalar:

1. BATE (Belarus) - 24 qol (2014/2015 mövsümü)
2. "Nordşelland" (Danimarka) - 22 qol (2012/2013 mövsümü)
3. "Dinamo" (Zaqreb, Xorvatiya) - 22 qol (2011/2012 mövsümü)
4. "Jilina" (Slovakiya) - 19 qol (2010/2011 mövsümü)
5. "Debretsen" (Macarıstan) - 19 qol (2009/2010 mövsümü)
6. "Dinamo" (Kiyev, Ukrayna) - 19 qol (2007/2008 mövsümü)
7. "Ferentsvaroş" (Macarıstan) - 19 qol (1995/1996 mövsümü)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.