|
İspaniya kubokunun finalı "Real"ın ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutmaycaq. Buna səbəb final oyunun keçiriləcəyi gün - mayın 21-i sözügedən stadionda məşhur müğənni Brüs Sprinqstinin konsert verməsidir. Qeyd edək ki, İspaniya kubokunun finalçıları "Barselona" və "Sevilya" qarşılaşmanın "Santyaqo Bernabeu" stadionunda oynanılması üçün İspaniya Futbol Federasiyasına müraciət etmişdilər. Cia.az
|


