"Yuventus" klubunun rəhbərliyi baş məşqçi Massimiliano Alleqrini komandada saxlamaq niyyətindədir.
Turin təmsilçisi 48 yaşlı mütəxəssisə yeni müqavilə təklif edəcək.
Tərəflər arasında razılıq əldə olunarsa, Alleqri 2018-ci ilə qədər "Yuventus"u çalışdıracaq. Rəhbərlik mövsümün sonunda komandadan gedəcəyi gözlənilən aparıcı futbolçuları da qorumağı planlaşdırır.
Qeyd edək ki, "Yuventus"da artıq ikinci ilini keçirən Alleqri ötən mövsüm komandası ilə İtaliya A Seriyası və ölkə kubokunu qazanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.