O ölkədə də devalvasiya elan edildi - Benzinin qiyməti qalxdı
Venesuela prezidenti Nikolas Maduro milli valyutanın 37 faizlik devalvasiyasını elan edib.
Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, prezident bundan başqa, 20 il ərzində ilk dəfə olaraq benzinin qiymətinin qaldırılmasına qərar verib. Dünyanın ən ucuz benzininin satıldığı Venesuelada belə bir qərar qəbul edilməsini isə dövlət başçısı ölkə iqtisadiyyatını dağılmaqdan qorumaqla əlaqələndirib.
Benzinin qiymətinin qalxması ildə 800 milyon dollara qənaət etməyə yardım edəcək. Maduronun belə addım atması siyasi mövcudluğunu saxlamağa yönəltməsi ilə əlaqələndirilir.
Qeyd edək ki, neft bu ölkədə ixrac gəlirlərinin 95%-ni təşkil edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.