banner
banner

Sağlamlıq

Kolonya alarkən ehtiyatlı olun! – TƏHLÜKƏ

Kolonya alarkən ehtiyatlı olun! –

Çox evdə istifadə edilən kolonyalar beyin üçün təhlükə yaradır.

Kolonya istifadəsinin sağlamlığa necə təsir göstərdiyini bilirsinizmi? Aile.lent.az bu dəfə kolonyanın daşıdığı risklər barədə məlumat verəcək.

Bəzi kolonya istehsalçılarının “etil” spirti yerinə zəhərli kimyəvi məhsullardan təmizlənməmiş “metil” spirti istifadə etməsi əhali üçün ciddi risk yaradır.

Bilməlisiniz ki, keyfiyyətli kolonyolarda “etanol” adlanan etil spirti istifadə edilir. “Metanol” adlanan metil spirtidir. İçində zəhərli kimyəvi maddələr olur və bu spirt növü xüsusən ucuz kolonyaların tərkibində istifadə edilir.

Keyfiyyətli kolonya su, etanol və aromatik yağlardan hazırlanır. Etanol həcmcə 80-90 dərəcə arasında dəyişir. Həcmcə yüzdə neçə etanol tərkibli olduğu kolonyanın üzərində A olaraq göstərilir. Yaxşı bir limon kolonyasının spirt dərəcəsi ən yaxşı halda 80 olmalıdır. Qoxularda spirt dərəcəsi 60 olmalıdır.

 

Sərinləmək və təmizlik məqsədilə istifadə etdiyimiz kolonyaların tərkibində olan maddələr bədənimizə tənəffüs və dəri yolu ilə girir. Bunlar geri dönüşü olmayan problemlər yaradır. Metanoldan hazırlanan bu kolonyanı burnunuza çəkdiyinizdə isə yüz minlərlə beyin hüceyrələriniz ölür. İstifadə edilən kolonya başda beyin olmaqla ciyərlər və dəri üzərində də mənfi təsirlər yaradır. Odur ki, kolonya alarkən ehtiyatlı olun!

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.