banner
banner

İdman

PSJ-nin futbolçusu sıradan çıxdı

PSJ-nin futbolçusu sıradan çıxdı

Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə "Çelsi"yə 2:1 hesabı ilə qalib gələn PSJ ciddi itki ilə üzləşib.

Cia.Az-ın "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, Paris təmsilçisinin yarımmüdafiəçisi Xavyer Pastore zədələnərək sıradan çıxıb.

Qasıq nahiyyəsindən zədə alan futbolçunun durumunun nə dərəcədə ciddi olduğu hələlik məlum deyil. Lakin 26 yaşlı futbolçunun Fransa Liqasının 28-ci turunda "Reyms"ə qarşı oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, cari mövsüm PSJ-nin heyətində 16 oyuna çıxan Pastore 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.