banner
banner

Dünya

Təyyarələr toqquşdu

Təyyarələr toqquşdu
ABŞ-ın Detroyt şəhərinin beynəlxaq hava limanında iki "Boeing-737" təyyarəsi uçuş zolağında toqquşub. ANS PRESS-in məlumatına görə, fövqəladə hadisə nəticəsində heç kim zərər görməyib. Bu barədə hava limanının nümayəndələri xəbər verib.
 
Hava limanının rəsmiləri uçuş zolağında toqquşan təyyarələrdən birinin "American Airlines" digərinin isə "Southwest Airlines" şirkətlərinə məxsus olduğunu bildirib.
 
Laynerlərdən birinin qanadı ikincinin isə quyruq hissəsi zədələnib. Təyyarələr daxili reysləri yerinə yetirirmiş.
 
Hadisə zamanı təyyarələrin göyərtəsində sərnişinlər olub. Qəza zamanı yanacaq sızması qeydə alınmayıb. Qəzanın səbəbi hələlik məlum deyil. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.