banner
banner

İdman

"Mançester Yunayted" Mourinyoya tapşırılacaq

"Mançester Yunayted" Mourinyoya tapşırılacaq
"Joze Mourinyo ən yaxın vaxtlarda Britaniyaya qayıdacaq".
Bunu İtaliyanın "İnter" klubunun sabiq prezidenti Massimo Morattinin bacısı Bedi Moratti deyib.
Milli.Az calciomercato-ya istinadən bildirir ki, B.Morattinin sözlərinə görə, dünyaca məşhur portuqaliyalı çalışdırıcı "Mançester Yunayted" klubunun baş məşqçisi postuna təyin olunacaq.
53 yaşlı Mourinyo bu gün Moratti ailəsinin dəvəti ilə "San Siro" stadionunda olub, "İnter"-"Sampdoriya" matçına baxıb, daha sonra isə Braziliya yığmasının sabiq forvardı Ronaldo ilə birlikdə nahar edib.
"Mourinyonun Milana gəlişi onun "İnter"ə qayıdışa hazırlaşması deyil. Joze "Mançester Yunayted"ə gedəcək və orada Lui Van Qalı əvəzləyəcək. Joze üçün darıxırıq. Lakin onun əhvalı yaxşıdır. Joze Mançesterə yollanır", - Bedi Moratti söyləyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.