banner
banner

Dünya

"Putinə açıq şəkildə dedim ki..."

"Putinə açıq şəkildə dedim ki..."

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Barak Obama arasında baş tutan telefon danışığının bəzi təfərrüatları məlum olub.

"Hürriyet" qəzetinin diplomatik mənbələrdən əldə etdiyi xəbərə görə, prezidentlər arasında əsas müzakirə məsələlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisini bombalaması olub.

Obama söhbət zamanı Suriyadakı əsas hədəflərinin İŞİD-lə mübarizə olduğunu bildirib. Ərdoğan isə Rusiyanın əməliyyatları nəticəsində müxalifətin İŞİD-lə mübarizəsinin zəiflədiyini deyib.

“Bu barədə Putinlə telefonda danışdım. Putinə açıq şəkildə dedim ki, müxaliflərə qarşı əməliyyatları dayandırın”, – Obama cavab verib.

Obama söhbət zamanı Türkiyə ordusunun YPG-yə qarşı top atəşlərini dayandırmasını istəyib. Ərdoğan isə cavabında bəyan edib ki, YPG, Rusiya və Bəşər Əsəd qüvvələri ortaq hərəkət edir.

"Onların hədəfləri İŞİD-lə mübarizə aparmaq deyil. Azez qəsəbəsi onların nəzarəti altına geçərsə, Türkiyəyə böyük köç olacaq və təhlükəsizlik problemi ilə qarşılaşacağıq. Əsəd, Rusiya və YPG Münhen razılaşmasına əməl edərsə, biz top atışlarını dayandıracağıq. Putinlə telefonda danışarkən də dedim ki, müxalif qüvvələrə qarşı hücumları dayandırın", - Ərdoğan Obama qarşısında şərt qoyub.

Qeyd edək ki, fevralın 19-da Ərdoğanla Obama arasında 1 saat 20 dəqiqəlik telefon danışığı olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.