“Ambisiyam baş nazir postundan yüksəkdir” - Saakaşvilidən iddialı açıqlamalar
Gürcüstanın eks-prezidenti, hazırda Odessa qubernatoru olan Mixail Saakaşvili “Rustavi2” telekanalına iddialı açıqlamalar verib.
Cia.az xəbər verir ki, Saakaşvili bildirib ki, Ukraynada partiya deyil, məhz yeni siyasi hərəkat yaradacaq ki, həmin hərəkat parlament seçkilərinə də qatıla biləcək.
Saakaşvilinin sözlərinə görə, Ukraynada hakimiyyəti dəyişməyə ehtiyac var. Bundan başqa, qubernator qeyd edib ki, ətrafına çoxlu sayda gənc, perspektivli parlamentarilər, qeyri-hökumət təşkilatı nümayəndələri, jurnalistlər, müxtəlif regional liderlər, nazir müavinləri, həmçinin 1-2 nazir toplaya bilib.
Hərəkatın əsas məqsədi isə hakim elitanın yerini dəyişməsi və yerinə yeni insanların keçməsidir.
Qubernator bununla yanaşı, Ukrayna baş-naziri olmaq niyyətində olmadığını deyib:
“Mənim Ukraynada ambisiyaların baş nazir postundan yüksəkdədir. İndiki hökumət istefaya getməlidir. Ona görə yox ki, mən onun yerinə gəlmək istəyirəm. Ona görə ki, Ukraynada bütün postsovet, oliqarx, korrupsioner dəyərləri təcəssüm etdirən hökumət ola bilməz”.
Saakaşvili, həmçinin, prezident Petro Poroşenkonu yüksək səviyyəli siyasətçi adlandırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.