|
"Borussiya" (Dortmund) klubu ciddi itki ilə üzləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın müdafiəçisi Sokratis Papastatopulos zədələnib. Leverkuzen "Bayer"i ilə Bundesliqa matçında əzələsini dartan yunan futbolçu 77-ci dəqiqədə əvəzlənib. Onun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Qeyd edək ki, 27 yaşlı futbolçu 2013-cü ildən "Borussiya"nın şərəfini qoruyur. Cia.az
|


