banner
banner

İdman

Fariz Məmmədovun rəqibi dəyişdi

Fariz Məmmədovun rəqibi dəyişdi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov bu gün peşəkar rinqdə növbəti döyüşünü keçirəcək.

Qol.Az-ın “Qəbələ” klubunun saytına istinadən yaydığı xəbərə görə, iİdmançımız Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions” turniri çərçivəsində baş tutacaq 11 görüşdən birinin iştirakçısı olacaq. Yarımorta çəki dərəcəsində (66,678 kq) çıxış edən Məmmədovun Kiyev İdman Sarayındakı rəqibi isə dəyişib. Boksçumuz Belarus vətəndaşlığı daşıyan çeçen Xavadji Xatsiqovla qüvvəsini sınamalı olsa da, bu qarşılaşma baş tutmayacaq. Buna səbəb əvvəllər Rusiya bayrağı altında da çıxış etmiş həvəskarlar arasında sabiq Avropa çempionunun Ukraynaya gəlməməsidir.

Nəticədə təşkilatçılar Məmmədova yerli idmançılar arasında rəqib tapmalı olub. Bu üzdən təmsilçimiz Valentin Kutsla döyüşəcək. Reytinq xarakterli döyüş 6 raunddan ibarət olacaq. 180 sm boya malik 34 yaşlı ukraynalı peşəkar rinqdə 2003-cü ildə debüt edib. Bu müddətdə 25 döyüşə çıxan Kuts 8-i nokautla olmaqla, 22 qələbə qazanıb. Lakin Kuts son iki görüşdə rinqi məğlub tərk edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.