banner
banner

İdman

“Qəbələ” 3-cü oldu

“Qəbələ” 3-cü oldu

Qətərdə keçirilən “Aspire Tri Series” beynəlxalq turnirinə yekun vurulub.

Qol.Az-ın “Qəbələ”nin saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ” Futbol Akademiyasının, yerli “Aspire”nin və Fransa “Mets”inin üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın son günündə “qırmızı-qaralar” meydan sahibləri ilə görüşüb.

 U-10 komandalarının oyununda Qətər təmsilçisi qalib gəlib – 7:1. “Qəbələ”nin yeganə qoluna Murad Abdullayev imza atıb. Ötən tur “Mets”ə 1:3 hesabı ilə uduzan Anar Surxayevin yetirmələri 3-cü yeri tutub. İlk oyununda fransalılara 5:4 hesabı ilə qalib gələn U-11 komandası da meydan sahibləri ilə matçdan xalsız ayrılıb – 0:4. Namiq Əliyevin yetirmələri turniri 2-ci pillədə başa vurublar. U-12-lərin mübarizəsində də qalib gələn “Aspire” olub - 4:2. “Qəbələ”nin qollarına Hüseyn Hüseynzadə və Cavad Kərimov imza atıblar. Dünən “Mets”ə də uduzan (1:7) Zaur Hacıyevin komandası turnirin 3-cüsü olublar.

Qeyd edək ki, U-10 və U-11-lərin yarışında “Aspire”, U-12-lərin turnirində isə “Mets” qalib adına yiyələnib. Turnirin son oyunlarından sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə yarışın bütün iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.