|
Fevralın 26-da keçiriləcək FİFA-nın prezidenti seçkisində qurumun 209 üzv assosiasiyasından 207-si iştirak edəcək. Bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib. O, 2 ölkənin səsvermədən kənarlaşdırıldığını bildirib: "Bu ölkələr Küveyt və İndoneziyadır". Qeyd edək ki, FİFA prezidentliyinə namizədlər UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, FİFA-nın sabiq baş katibi Jerom Şampan və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim əl-Xəlifədir. Cia.az
|


