banner
banner

İdman

"Bayer"in baş məşqçisinə ağır cəza

"Bayer"in baş məşqçisinə ağır cəza

Almaniya Futbol Federasiyası "Bayer" (Leverkuzen) klubunun baş məşqçisi Rocer Şmidti cəzalandırıb. 

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna almaniyalı mütəxəssisin Bundesliqasının 22-ci turunda "Borussiya" ilə görüşdə qaydalara zidd hərəkət etməsi səbəb olub.

Şmidt Dortmund təmsilçisi ilə görüşün 64-cü dəqiqəsində hesabı açan rəqibin topu hakimin fiti eşidilmədən oyuna daxil etdiyini əsas gətirərək buna sərt şəkildə etirazını bildirib.
Matçın baş hakimi Feliks Şvayer bu hərəkətinə görə Şmidti qırmızı vərəqə ilə cəzalandırsa da, o texniki zonanı tərk etməyib. Bundan sonra referi oyunu dayandırmağı qərara alıb və paltardəyişmə otağına yollanıb. Matç yalnız 8 dəqiqə sonra bərpa edilib.

Həmin görüşdə baş verənləri nəzərə alan Almaniya Futbol Federasiyası 48 yaşlı mütəxəssisə ağır cəza kəsib. Beş oyunluq cəzalandırılan "Bayer"in çalışdırıcısı həmçinin 20 min avro cərimə ödəməli olacaq.

Qeyd edək ki, matç "Bayer"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.  

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.