banner
banner

Dünya

ABŞ-da təyyarə qəzası

ABŞ-da təyyarə qəzası

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Corciya ştatında bədbəxt hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Corciya ştatında yerləşən Sent-Saymons-Aylend kurort şəhərciyində yüngül motorlu bir təyyarə həyət evlərindən birinə çırpılıb.

Yerli hakimiyyətin verdiyi açıqlamada, qəza zamanı təyyarədə sadəcə pilotun olduğu və onun aldığı ciddi travma nəticəsində, elə yerindəcə keçindiyi bildirilir.

Hadisə hava limanının yaxınlığında baş verib. Həmçinin, təyyarənin havaya qalxarkən dəydiyi birmərtəbəli yaşayış binasında heç kimin olmadığı da verilən məlumatlar arasındadır.

Hazırda hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.

İlkin ehtimala əsasən, təyyarədə texniki nasazlıqlar olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.