"Çətin ki, mağazalarda qiymətlərin artması kiminsə xoşuna gəlir. Gizlətməli heç bir şey yoxdur, bu heç kimi sevindirmir. Tamamilə aydındır ki, məzənnənin dəyişməsi adi istehlakçılar üçün həmişə pisdir".
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedyev “Vesti v subbotu” proqramına müsahibəsində bildirib.
“Bir qədər səbr etmək və hadisələrin necə inkişaf edəcəyinə baxmaq lazımdır. Biz artıq böhranlardan keçmişik və yekunda həmişə geriyə sıçrayış baş verirdi, rubl möhkəmlənirdi. Buna görə də, indi özünü itirməmək və gələcəyə baxmaq lazımdır. Əminəm ki, hər şey yaxşı olacaq”, - deyə, o, bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.