banner
banner

İdman

“Qəbələ”də yeni baş məşqçisi!

“Qəbələ”də yeni baş məşqçisi!

“Qəbələ”nin yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.

CİA.Az-ın azerisport.com saytına istinadən yaydığı xəbərə görə, komandaya ukraynalı Roman Qrikorçukun rəhbərlik edəcəyi gözlənilir. Onunla gələn mövsümün sonunadək müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Qriqorçuk bu gün Azərbaycan Premyer Liqasının “Qəbələ” – “Qarabağ” oyununu stadiondan izləyib.

Matçdan sonra “Qəbələ”nin vitse-prezident Fariz Nəcəfov da bildirib ki, Qrikorçukla danışıqlar davam edir: “Hələlik razılaşdırılmamış bəzi məsələlər qalıb. Amma yəqin ki, komandaya o rəhbərlik edəcək. Qrikorçuk artıq “Qəbələ”nin şəraiti ilə tanış olub və hər şeydən razı qalıb”.

Qeyd edək ki, R.Qrikorçuk müxtəlif vaxtlarda Latviyanın “Dinaburq”, “Ventspils”, Ukraynanın “Metallurq” komandalarını çalışdırıb. Onun son komandası Odessanın “Çernomorets” klubu olub.

Qrikorçukun ən ciddi uğuru Latviyada qazanıb. Onun rəhbərliyi altında "Dinaburq" üç dəfə (2006, 2007, 2008) Latviya çempionu, iki dəfə (2005, 2007) ölkə kubokunun qalibi adına yiyələnib. Ukraynada isə ötən mövsüm "Çernomorets" onun rəhbərliyi ölkə kubokunun finalçısı olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.