“Neftçi”nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt”a qarşı keçirdikləri matçı (3:2) şərh edib.
CİA.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o xatırladıb ki, komandası son dörd turda qələbə qazana bilmirdi.
“Meydana qələbə üçün çıxmışdıq. İlk dəqiqələrdə şanslarımız olsa da, istifadə edə bilmədik. Əvəzində qapımızda qol gördük. “Sumqayıt” yaxşı təsir bağışladı. Buna baxmayaraq, toparlanıb, qələbəni əldə etdik. Biz ilk dəqiqələrdən hücuma atıldıq. Xarakter nümayiş etdirib qələbə qazandıq”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.