“Verona”nın hücumçusu Luka Toni üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İtaliya A seriyasının XV turu çərçivəsində “Udineze” ilə (1:2) səfər görüşündə fərqlənən 37 yaşlı futbolçu yubiley qoluna imza atıb.
2006-cı ildə İtaliya millisi ilə dünya çempionu olan forvard oyunun 46-cı dəqiqəsində hesabı bərabərləşdirib. Bu qol isə Toninin karyerasında 300-cü top olub.
Qeyd edək ki, Luka 2013-cü ildən “Verona”nın heyətində çıxış edir. O, bu komandanın tərkibində rəqib qapılarından 27 top keçirib. Toni öz qollarının əksəriyyətini "Bavariya" (58) və “Fiorentina”nın (57) heyətinə vurub. İtaliya yığmasında isə 16 dəfə fərqlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.