banner
banner

Dünya

Buşdan dəstək

Buşdan dəstək

ABŞ-ın sabiq prezidenti Corc Buş 11 sentyabrdan sonra Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) əməkdaşlarının saxlanılan terror şübhəlilərinə qarşı nümayiş etdirdiyi istintaq metodunun tənqid olunmasına münasibətini bildirib. ANS PRESS-in məlumatına görə, sabiq prezident “CNN” kanalına verdiyi müsahibədə həmin şəxsləri “həqiqi vətənpərvərlər” adlandırıb.

“Onlar ölkədə hörmət görməli olan həqiqi vətənpərvərlərdir. Bu şəxslərin ləyaqəti senatın hazırladığı hesabatla zədələnməməlidir. CIA-da bizim adımıza bu şəkildə fəaliyyət göstərən insanlar olduğu üçün çox şanslıyıq. Senatın hesabatı nə deyirsə desin, əgər onların ölkəmizə göstərdiyi xidməti kiçik görürsə öz məqsədindən uzaqlaşıb...”.

Ötən həftənin çərşənbə axşamı günü ABŞ senatı Təhlükəsizlik Komitəsinin hazırladığı hesabatda CIA-nın 11 sentyabrdan sonra saxlanılan şübhəlilərə istintaq zamanı tətbiq etdiyi işgəncələr tənqid olunmuşdu.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.