banner
banner

İdman

Dodo və Rafael Santos üçün yubiley matçı

Dodo və Rafael Santos üçün yubiley matçı

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. 1/8 finalda “Mil-Muğan”ı 7:0 hesabı ilə məğlub edən “Qəbələ” ardıcıl 6-cı, tarixində 8-ci dəfə ən yaxşı səkkiz komanda arasında mübarizə aparacaq. Yalnız 3 dəfə yarışı daha tez başa vuran “qırmızı-qaralar” 4-cü dəfə yarımfinala adlamağa cəhd edəcək.
 
Roman Qriqorçukun komandası bunun üçün “Zirə” səddini keçməlidir. İlk matça səfərdə çıxacaq komanda tarixində 3-cü dəfə bu rəqiblə qarşılaşacaq. Topaz Premyer Liqasının cari mövsümünə təsadüf edən ilk 2 oyunda cəmi 1 qol vurulub. Qəbələdə qolsuz heç-heçə qeydə alınıbsa, Zirədə meydan sahibləri yeganə qolla qalib gəlib. Komandalar arasında ölkə kubokunda ilk matç “Qəbələ” üçün bir neçə yubileylə əlamətdar olacaq. Turnirdə 44-cü görüşünə çıxacaq “qırmızı-qaralar” 20-ci səfər oyununda qüvvəsini sınayacaq. İndiyədək ölkə kubokunda rəqib meydanlarında 19 matç keçirən komanda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 6 dəfə uduzub. 22 qol vuran “Qəbələ” 21 top buraxıb. 

"Qəbələ" futbolçuları son 6 səfərdən məğlubiyyətsiz qayıdıb. Ümumilikdə isə 43 kubok qarşılaşmasında 20 qələbə, 14 heç-heçə və 9 məğlubiyyət qeydə alınan “qırmızı-qaralar” 65 qol vurub, 35-ni buraxıb. Zirədəki görüş klub tarixinin 190-cı səfər matçıdır ki, bu qarşılaşmada 70-ci qələbə əldə oluna bilər. Kubok matçı bəzi oyunçular üçün yubiley xarakteri daşıyır ki, onlar bunun üçün meydana çıxmalıdır. Zirədəki qarşılaşmada iştirak etsə, Rafael Santos “Qəbələ”də 75-ci, Dodo kubokda 15-ci matçını keçirəcək.

Xatırladaq ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq görüş saat 18:00-da başlayacaq 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.