Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Bütün qarşılaşmalar bu günə nəzərdə tutulub. Günün ilk oyunu Lənkəranda keçirilib. Burada prinsipial rəqiblər - “Xəzər Lənkəran” və “Neftçi” üz-üzə gəlib. Beş qolun vurulduğu görüşdə "Xəzər Lənkəran" qələbə qazanıb - 3:2. Premyer Liqanın lideri “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Fasiləyə qədər oyunda hesab açılmayıb. İkinci hissədə iki qol vuran Ağdam təmsilçisi görüşdən qələbə ilə ayrılıb - 2:0. Günün maraqla gözlənilən oyunu Zirədə baş tutub. Premyer Liqanın 2-ci pilləsində qərarlaşan “Zirə” ən yaxın izləyicisi olan “Qəbələ”ni qəbul edib. Qarşılaşma Roman Qriqorçukun komandasının 2:1 hesablı qələbəsi başa çatıb.
Sonda “İnter” Premyer Liqanın autsayderi olan “Rəvan”ın qonağı olub və 1:2 hesabı ilə uduzub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.