Uşaq əmzikləri və yemək şüşələrində - XƏRÇƏNG RİSKİ
Ümumdünya Səhiyyə Təşkilatı rezin əlcəklər, prezervativ, uşaq əmzik və yemək şüşələrinin tərkibində olan kimyəvi maddənin xərçəngə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Söhbət MBT (Mercaptobenzothiazole) adlanan kimyəvi maddədən gedir. Sağlamlıq üçün çox təhlükəli hesab edilən bu kimyəvi maddə bütün rezin məhsullarının istehsalında istifadə edilir. Tibbi kateter və avtomobillərin təkrar emal olunan təkərlərindən hazırlanan maddədə civə və arseniklə birlikdə başqa toksik kimyəvi maddələrin də olduğu deyilir.
Bir araşdırmanın nəticələrinə görə, MBT uşaqların oynatdığı yumşaq oyuncaqlarla yanaşı, ayaqqabı, hava yastıqları, elastik bantlar, əmziklər, yemək şüşələri, üzgüçülük eynəkləri, rezin əlcəklər və prezervativlərin tərkibində istifadə edilir. MBT maddəsi sidik kisəsi, qan, bağırsaq xərçənginə səbəb olur. Xüsusilə topla oynayan uşaqların yanlışlıqla bu maddəni uda biləcəyi ehtimalı var.
Əksər ekspertlərin fikrincə, gündəlik məhsulların tərkibində istifadə edilən MBT maddəsi hər hansı əşyanın tərkibində çox olmadığı təqdirdə o qədər də təhlükəli sayılmır. Ancaq rezin istehsalında çalışan işçilər mütləq özlərini qorumalıdırlar.
Mütəxəssislər bu maddənin xərçəng törədən maddələr sırasına qatılmalı olduğunu bildirir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.