banner
banner

Dünya

Prezident baş sinoptiki qovdu - Səhv proqnoza görə

Prezident baş sinoptiki qovdu -

Səhv hava proqnozu verən sinoptik işini itirdib.

Cia.az anspress-ə istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Milli Hidrometeorologiya komitəsinin sədri Batır Xallıyevi düzgün olmayan proqnoza görə qovub.

Yerli KİV-də yer alan məlumata görə, hökumətin iclasında çıxış edən dövlət başçısı qeyd edib ki, türkmən proqnozların əsas çatışmazlığı verdikləri hava haqqında proqnozun mötəbər olmamasıdır.

"Biz onların işinin mükəmməlləşdirilməsi məqsədilə qurum üçün yeni müasir administrativ bina tikdik, maliyyə yardımı göstərdik, çox sayda lazımi avadanlıq aldıq. Xallıyev söz verdi ki, bundan sonra dəqiq proqnoz verəcəklər. Lakin buna baxmayaraq son zamanlar düzgün olmayan proqnozların sayı əksinə artıb".

Berdiməhəmmədov deyib ki, bu səhv proqnozlar kənd təsərrüfatı ilə məşğul olanların işinə təsir edir, nəqliyyat sisteminin işində, kütləvi tədbirlərin təşkilində çətinlik yaradır, insanlara narahatlıq törədir.

Bütün bu amilləri sadlayan prezident baş sinoptiki işindən azad edib. Xallıyev 2010-cu ilin yanvar ayından komitə sədri postunu tuturdu.

Artıq quruma yeni rəhbər də təyin edilib - Beqenç Miminov. İclasda işini itirən ancaq baş sinoptik olmayıb. Türkmənistanın Statistika İdarəsinin rəhbəri də statistik məlumatları şişirtdiyi üçün qovulub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.