|
"Yuventus" İtaliya A seriyasında növbəti oyununu keçirib. Cia.az-ın məlumatına görə, Turin təmsilçisi 28-ci turda səfərdə "Atalanta" ilə qarşılaşıb. Görüş "Yuventus"un 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Atalanta" - "Yuventus" - 0:2 Bu qələbə ilə xalını 64-ə yüksəldən "Yuventus" liderliyini qoruyub. "Napoli" 61 xalla 2-ci, "Roma" 56 xalla 3-cüdür. Cia.az
|


