banner
banner

İdman

"Qarabağ" UEFA reytinqində irəlilədi

"Qarabağ" UEFA reytinqində irəlilədi

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubla təmsil olunub.

Avropa Liqasının qrup mərhələsini üçüncü pillədə başa vuran “Qarabağ” klubu reytinqdə 10 pillə irəliləyib. Ağdam təmsilçisi son 5 mövsümün nəticələrinə görə 11.500 xalla 148-ci, cari mövsümkü çıxışına görə isə 66-cıdır.

Son Azərbaycan kubokunun qalibi “Neftçi” klubunun mövqeyində dəyişiklik olmayıb. "Ağ qaralar" 9.000 xalla 179-cu pillədə qərarlaşıb.

Ümumilikdə avrokuboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

148. “Qarabağ” (+10)
179. “Neftçi” (0)
269. “İnter” (+2)
296. “Xəzər Lənkəran” (+2)
331. “Bakı” (+7)
358. “Qəbələ” (+1)
359. AZAL (+3)

Reytinq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik baş verməyib. "Qarabağ"ın "İnter"lə heç-heçəsindən sonra xalını 12.500-ə çatdıran ölkəmiz reytinqdə 29-cudur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.