banner
banner

Dünya

Lukaşenkodan Rusiyaya qadağa

Lukaşenkodan Rusiyaya qadağa

Belarus hakimiyyəti Rusiyanın tez hazır olan əriştə istehsalçısı “Biofud” və qəhvə istehsalçısı “Pauliq-Rus” şirkətinin məhsullarına qadağa qoyub.

CIA.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, qadağa Belarus baş sanitar həkimi İqor Qayevski tərəfindən qoyulub. Onun fikrincə qadağaya düşmüş ərzaqlar Belarusda qəbul edilən sanitar-epidemioloji normalara və Gömrük İttifaqının texniki reqlamentlərinə uyğun gəlmir.

Qeyd edək ki, daha əvvəl Rusiya Belarusun ət istehsalı ilə məşğul olan 3 şirkətinin mallarına qadağa qoymuşdu. Lakin daha sonra qadağalar ləğv edildi.

Belarus prezidenti son çıxışında sanksiyalara qarşı olduğunu bildirsə də, qadağalarda siyasi xarakter güdüldüyü istisna edilmir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.