UEFA Nizam-İntizam Komitəsi İsveçrənin "Bazel" klubunu cəzalandırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Real"la keçirilən görüşdə komandanın azarkeşlərinin futbol qaydalarına zidd hərəkət etmələri səbəb olub.
Bir qrup "Bazel"li azarkeşin matçın gedişində meydançaya daxil olması səbəbindən oyun 6 dəqiqə dayanmışdı. Həmin oyunda baş verənləri araşdıran UEFA Nizam Komitəsi İsveçrə təmsilçisini 10 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, "Bazel" Çempionlar Liqasının 1/8 finalında "Portu" ilə qarşılaşacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.