banner
banner

Sağlamlıq

Biyan kökünün faydaları...

Biyan kökünün faydaları...
Şirin biyanın kök hissəsindən hazırlanan toz quru ekstrakt, qatı ekstrakt “pektol” preparatının daxilinə əlavə olunaraq yuxarı tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici, sinə yumşaldıcı kimi və soyuqdəymə əleyhinə işlədilir. 
 
Ənənəvi Şərq təbabətində, eləcə də elmi təbabətdə tərqovucu, ağrıkəsici, yarasağaldıcı kimi orqanizmin möhkəmləndirilməsində, tonusun artırılmasında, istiliyin normaya salınmasında, tənəffüs yolları xəstəliklərində, ağciyər vərəmində, laringitdə, şəkər xəstəliyində, kəskin dispersiyalarda, böyrək xəstəliklərində, cinsi fəaliyyətin artırılmasında və s. tətbiq olunur. Qərbi Avropa ölkələrində appendiksdə, Hindistanda halsızlığın aradan qaldırılmasında, xroniki sidik-tənasül xəstəliklərində, Fransada infeksiya, Bolqarıstanda adenoma və s. xəstəliklərin müalicəsində şirin biyan preparatları geniş tətbiq edilir. Şirin biyanın qlisirenat turşusundan təmizlənmiş sulu məhlulundan orqanizmdə immunitetin artırılmasında istifadə edilir. 
 
Şirin biyanın tərkibindən alınan flavonoid maddələrindən hazırlanan preparatların köməyi ilə soyuqdəymə, spazm, qan kapilyarlarının möhkəmləndirilməsində, eləcə də yara əleyhinə işlədilir. Şirin biyandan hazırlanan bir neçə preparatdan isə xərçəng çöplərinin inkişafının qarşısının alınmasında istifadə olunur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.