banner
banner

Dünya

İran Sidney hadisəsini pislədi

İran Sidney hadisəsini pislədi

Rəsmi Tehran Avstraliyanın Sidney şəhərindəki “Lindt” kafesinə edilən hücumu pisləyib.

ANS PRESS-in məlumatına görə, İran Avstraliyanın Sidney şəhərində İran mənşəli şəxsin vətəndaşları girov götürməsini qınayıb. Bu barədə İran XİN sözçüsü Mərziyə Əfham yazılı açıqlamasında bildirib.

O, girov götürmənin İslamda qəbul edilmədiyini diqqətə çatdırıb: “Hansı şərtlə olursa-olsun, insanlıqdan kənar hərəkətlərin, qorxu və vəhşət yaratmağın mərhəmət dini olan İslamla heç bir əlaqəsi yoxdur.”

Qeyd edək ki, terror aktı yerli vaxtla bazar ertəsi səhər cərəyan edib. Martin Pleys meydanında olan “Lindt” kafesi içindəki müştərilər ilə birgə silahlı şəxs tərəfindən nəzarətə götürülüb. Cinayətkarın əlində 20 girov olub. Cinayətkar “Şeyx Xaron” ləqəbli, 49 yaşlı Men Haron Monisdir. Xəbər verilir ki, o, Avstraliyaya 1996-cı ildə İrandan qaçqın statusu ilə gəlib. Əvvəllər o seksual xarakterli cinayətlərdə və qətldə iştrakdan məhkum edilsə də girov müqabilində sərbəst buraxılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.