banner
banner

Sağlamlıq

Alimlər müəyyən ediblər ki...

Alimlər müəyyən ediblər ki...

İsveç və Britaniya alimləri müəyyən ediblər ki, öz sağlamlığına əmin adamlar uzunömürlü olurlar.AZƏRTAC "medvesti.com" saytına istinadla xəbər verir ki, alimlər 6 min adamın iştirak etdiyi tədqiqat çərçivəsində bu qənaətə gəliblər.

İyirmi doqquz il ərzində könüllülərin sağlamlıq durumu öyrənilib. Bunun üçün ürək fəaliyyətindən tutmuş mücərrəd təfəkkür və vizual yaddaşa qədər 195 əlamət əsas götürülüb. Könüllərə bir çox əlamətləri müstəqil müəyyən etmək təklif olunub.

Məlum olub ki, xoş ovqat insanların ömür müddətini bir qədər artırır. Mütəxəssislər hesab edirlər ki, xəstəliklərdən şikayət etmək mənasızdır. Ağlayıb-sızlamaqdansa, həkimə müraciət etmək və ya həyat tərzini dəyişmək lazımdır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.