"Çelsi" klubunun qapıçısı Tibo Kurtua Belçikada "ilin idmançısı" seçilib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, belçikalı qolkiper ölkəsində ən yaxşı seçilən ilk futbolçu olub.
Ötən mövsüm "Atletiko" (Madrid) klubunun La Liqanı qazanması və Çempionlar Liqasının finalına yüksəlməsində böyük rol oynayan 22 yaşlı qapıçı səsvermədə hər kəsi qabaqlayıb. "Çelsi"nin hücumçusu Eden Hazard isə səsvermədə 5-ci olub.
Qeyd edək ki, Kurtua 2011-ci ildən Belçika millisinin şərəfini qoruyur.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.