Həftə sonu Adıyaman səfərindən qayıdan Türkiyənin baş naziri Əhməd Davudoğlu təyyarədə ikən jurnalistlərin bir sıra suallarını cavablandırıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən günlərdə 150 jurnalistin saxlanılacağı ilə bağlı “Hizmət” hərəkatı lideri Fəthullah Gülənin verdiyi açıqlamaya münasibət bildirib.
Ə.Davudoğlu din xadiminin “zalıma qarşı mübarizə aparın” başlığı ilə yayımlanan qarğışı haqqında bunları deyib: “Birinin qarğış etmək məcburiyyətində qalması, ortada şizofrenik bir hal olduğunu göstərir. Üstəlik də həmin adam alim olduğunu iddia edirsə, burada bir anlaşılmazlıq yaranır.”
Qeyd edək ki, Gülən camaatı"nın lideri kimi tanınan Fətullah Gülən ötən günlərdə hökuməti yenidən bəddua etmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.