banner
banner

Dünya

Kondaliza Rays: “Rusiya dağılacaq”

Kondaliza Rays: “Rusiya dağılacaq”
ABŞ gərək Ukraynaya kömək edib, onun təhlükəsizliyini gücləndirsin.
Axar.az xəbər verir ki, bunu İCTV-yə açıqlamasında ABŞ-ın eks-dövlət katibi Kondaliza Rays söyləyib. Onun sözlərinə görə, ABŞ Minsk razılaşmasını maksimal şəkildə müdafiə edib, sanksiyaların və neft qiymətlərinin Rusiya iqtisadiyyatına təsir edəcəyi vaxtı gözləməlidir:
 
“Sözsüz ki, Ukrayna özünü qorumalıdır. İnsanlara özlərini silah vasitəsilə qorumaq imkanı verilməlidir. Lakin ABŞ hökuməti bu addımı seçmədi və mən bunu başa düşürəm. Sanksiyalar və neft qiymətləri Rusiya iqtisadiyyatını dağıdacaq. Ukrayna ABŞ silahlarının alınmasına ümid bəsləməməlidir. Bunun yerinə Vaşinqton NATO-nun regiondakı müdafiə potensialını artıracaq”.
 
Qeyd edək ki, Kondaliza Rays Corc Buşun prezidentliyi dönəmində ABŞ dövlət katibi, milli təhlükəsizlik məsələləri üzrə müşavir olub. Məhz onun dövründə ABŞ Əfqanıstan və İraqa müdaxilə edib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.