Ankaradaki Almaniya səfirliyi Türkiyə paytaxtında olan vətəndaşlarını alış-veriş mərkəzlərindən (AVM) birində terror aktının hazırlanması barədə xəbərdar edib.
Cia.az Almaniyanın “Deutsche Welle” agentliyinə istinadən xəbər verir ki, səfirlikdə olan məlumata görə, terrorçuların yeni hücumları ən yaxın günlərdə baş verə bilər.
Almaniya səfirliyinin əməkdaşları yeni hücumların alış-veriş mərkəzlərindən birində olacağı ehtimalı barədə xəbərdarlıq ediblər. Təhlükə ilə bağlı Ankaradakı alman məktəbləri və uşaq bağçaları fəaliyyətini müvəqqəti dayandırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.