“Ərdoğan gedərsə, terror bitəcək deyirlər...” - Prezidentdən sərt açıqlama
Türkiyə prezidenti onun istefasını istəyənləri sərt tənqid edib.
Cia.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, terrorun Türkiyədə 35 illik tarixi var:
“Tayyip Ərdoğan Türkiyənin başından gedərsə terror gedər, demokratiya gələr deyirlər. Kim deyir bunu? Terror təşkilatının Qəndildəki rəhbəri. Başqa kim deyir? Amerikanın buradakı diplomatları, bəzi köşə yazarları... Bəs yaxşı, Ərdoğan gedərsə doğrudan da, terror gedər, ölkəyə demokratiya gələr? Terrorun Türkiyədəki tarixi 35 ildir. Həmin dövrlərdə iqtidarda deyildim, ona nə deyəcəksiniz?
Kızılayda bomba partladaraq insanların ölümünə səbəb olan terror təşkilatının demokratiya ilə nə əlaqəsi ola bilər. Terror təşkilatı lideri ilə eyni dildə danışanlara terrorçu deyil, bəs nə deyəcəyik?”.
Ərdoğan eyni zamanda, toxunulmazlığın qaldırılması məsələsinin də sürətləndirilməsinə diqqət çəkib: “Parlament bu məsələdə addımını sürətlə atmalıdır. Mənim kürd qardaşlarımı küçələrə salaraq 50-52 nəfərin ölümünə səbəb olanlara bu ölkədə “terrora təşviq edən”lər kimi cinayət işi açılmayacaq, üstəlik parlamentə gəlib boy göstərəcək və millət də onları seyr edəcək? Əgər parlament onlara qarşı lazımi mövqe ortaya qoymazsa, bu millət, bu tarix parlamentdən hesab sorar”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.