Səhər yeməyi həm günə başlamaq üçün lazım olan gündəlik enerji ehtiyacımızı qarşılamalı, həm də günün sonunda bədənin yenidən bərpa olunması və güclənməsi üçün lazımlı olan vəsaitləri özündə ehtiva etməli, eləcə də rəngarəng olmalıdır. Bu səbəbdən də səhər yeməyi təxirə salınmamalıdır. Lakin səhər yeməyində yeyilənlər qədər yeyilməsi qadağan olan qidalara da diqqət etmək lazımdır. Aile.lent.az səhər yeməyinin faydaları, yeyilməsi vacib olan və olmayan qidalar haqqında məsləhətləri təqdim edir.
Yulaf kəpəyi yeməyin
Səhər yeməyində yulaf və kəpək tərkibli qidaların yeyilməsi məsləhət deyil. Bu, “uzun müddət özümü tox hiss edərəm” məntiqiylə edilən çox böyük bir səhvdir. Səhər yeməyində əsas məqsəd bədənimizin axşam ehtiyac duyduğu bərpaedici vəsaitləri ona yenidən qazandırmaq və günə enerjili başlamaqdır. Bu səbəbdən səhər yeməyində qidalanmaya əhəmiyyət verilməlidir. Uzun müddət özünü tox hiss etmək deyil, kifayət qədər qidalanmaq vacibdir.
Ümumiyyətlə, həzm sistemi tənbəlliyə meylli olaraq işləyir. Ona görə də yeməklərin içərisində asan həzm olunanlara üstünlük vermək lazımdır. Qida dəyəri yüksək, lakin gec həzm edilən yeməklərə qarşı həzm sistemi müqavimət göstərmir. Buna görə də xüsusilə, işlənmiş qidalardan qəbul etdiyimiz və suda əriyir deyə un məmulatları, şəkər tərkibli yeməklərdən uzaq durmalıyıq. Həzm sistemimiz möhkəmlənənə qədər səhərlər bu cür yeməklərdən imtina etməliyik.
Səhər yeməyində yeyilməsi lazım olan yeməklər bunlardır:
1 dilimdən çox çörək, cem, hətta pəhriz cemi də ola bilər (pəhriz cemi bədəni aldatmaqdır), bal, hər cür unlu qida (əgər 1 dilim çörək yeməyəcəksinizsə, onun yerinə həmin şəkərsiz unlu qida), südlə yeyilə bilən qidalar (çox asan həzm edilir və enerjilidir).
Kəpək və yulaflı qarışıqları yalnız çox qəbizlik şikayəti olanlar səhərlər 1 qaşıq yeyə bilərlər. Lakin qətiliklə bu miqdarı artırmağa çalışmayın, yoxsa kifayət qədər qidalana bilməyəcəksiniz. İçi bol ədviyyatlı qidalar və ya qoğaldan da uzaq durmaq lazımdır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.