Avropa təlaş içərisində: hamı terror qorxusu yaşayır
Bu gün Belçikanın paytaxtı Brüsseldə Zaventem aeroportu və Maelbeek metrostansiyasında törədilən terror aktları ilə bağlı Avropa ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
APA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, İsrail Avropa ölkələrinə olan bütün uçuş reyslərini təxirə salıb.
Almaniya Berlindən Brüsselə hərəkət edəcək təyyarələrin havaya qalxmayacağını bəyan edib.
Fransanın Paris, İtaliyanın Roma və Almaniyanın Frankfurt hava limanlarında, habelə Niderland-Belçika sərhədində, eyni zamanda İsveç, Norveç və Danimarkada təhlükəsizlik tədbirləri gücləndirilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.