Lunaparkda dəhşətli terror - 63 ölü, 280 yaralı + Video
Pakistanın Pencap əyalətinin mərkəzi Lahor şəhərində dəhşətli terror aktı baş verib.
Cia.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 55 nəfər ölüb. "Gülşən İqbal" adlı lunaparkda baş verən partlayışda 200-dən çox yaralı var. Bazar günü olduğundan lunaparkda çox insan olub, ölən və yaralananların çoxu uşaq və qadınlardır.
Canlı bombanın özünü 8 kiloqram partlayıcı ilə partlatdığı güman edilir.
Pakistanın baş naziri Nəvaz Şərif ölkədə 3 günlük matəm elan edib.
***
Ölənlərin sayı 63 nəfərə çatıb. Yaralılar isə 280 nəfərdir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.